Daha bir neft ölkəsi dünyanın diqqət mərkəzinə çevrilib. ABŞ və Kanada başda olmaqla dünyanın bir sıra ölkələrinin Venesuelada müxalifət lideri Juan Guaidonu həmin ölkənin keçici rəhbəri kimi tanıması Nicolas Maduro hökumətini çətin vəziyyətə salmaqla yanaşı, qlobal bazarlara da təsirsiz ötüşməyəcək.
 
Maduronin hakimiyyəti təhvil verməsi qlobal və xüsusən də neft bazarına necə təsir edə bilər? Venesueladakı gərginlik qısa müddətli dövrdə neftin dünya bazar qiymətinin yüksəlməsinə səbəb olsa belə? orta və uzun müddətli prespektivdə “qara qızılın” qiymətində kəskin enişlərə səbəb olacaq. Doğrudur, sözügedən ölkədə vəziyyət gərginləşəcəyi və ABŞ sanksiyaların güclənəcəyi halda neftin qiymətində qısa müddətli artım istisna olunmur.
 
Hasilat həcminə görə ilk onluğa belə düşə bilməyən Venesuelanın gündəlik neft hasilatı 2 milyard 276 milyon bareldir. Bu gündəlik qlobal neft təklifinin 2.2 faizi deməkdir. 300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən çox nefti olan Venesuela hasilat həcminə görə iki rəqəmli mövqedə olsa da Guaido dövrü başladığı halda amerikan kapitalı ilə istehsalın artacağı gözləniləndir.
 
İllik 3 milyon faiz infilyasiyaya malik olan Venesuelada yeni dövr başladığı halda hökumət “daha çox neft satıb daha çox gəlir əldə etməyə” çalışacaq. İndiki halda bu ölkəyə valyutanın daxil olmasının başqa yolu da, demək olar, yoxdur. Bu isə o deməkdir ki, Vaşinqton meyilli gəncin Venesuelada hakimiyyəti gəlməsi dünya neft bazarında təklifi kəskin artıra bilər. Bu halda isə OPEK-nin istənilən səyinə baxmayarq neftin bir barelinin dünya bazar qiymətinin hətta 50 dollardan aşağı düşəcəyi də istisna olunmur.
 
Göründüyü kimi, 2019-cu il öncədə proqnozlaşdırıldığı kimi dünya iqtisadiyyatı və qlobal bazarlar üçün heç də asan olmayacaq.
 
Bundan ən çox təsirlənən isə, təbii ki, neftin qiyməti olacaq.
 
İqtisadçı ekspert, Vüqar Bayramov
RePost.Az
İ

Baxış sayı: 3409 | Tarix: 25.01.2019
Bizi Telegramda izləyin: @repostaz