Tanınmış teleaparıcı Elçin Əlibəyli İran prezidenti Həsən Ruhanininin Azərbaycan qarşı ərazi iddiaları ilə bağlı İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib.
 
RePost.Az-ın məlumatına görə, Əlibəyli özünün və azyaşlı oğlunun "İran,sus"! şüarı yazılmış yapşqanlı kağızla ağızlnı bağlayaraq İran prezidentinin iddialarına etiaz edib,
 
E.Əlibəylinin səfirlik qarşısında istirahət günü aksiya etməsinin mənasız olduğunu deyənlərə belə cavab verib: 
 
"Bəzi ağıllılar yazır ki, bu adam bilmir səfirlik bazar günü işləmir. Çox gözəl bilirəm, amma oğlum yalnız bazar günü boş olur və onu ora aparmaq daha vacib işdir. İstəyirdim o bunu indidən dərk etsin. Qaldı rus dilində danışmağı, bizim onunla şərtimiz var ki, hər gəzintidə eyni yerləri həm türkcə, həm rusca öyrənək. Hər addımımda mənə irad bildirmək nə vərdişdir?"
 
Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış edib. O iddia edib ki, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra İran ölkənin şimalını (Azərbaycan Respublikasının hazırkı ərazisini nəzərdə tutur – red.) itirib. Ruhaninin bu fikirləri həm Cənubi, həm də Şimali Azərbaycanda etirazla qarşılanıb.
 
RePost.Az
 


Baxış sayı: 3618 | Tarix: 04.03.2019
Bizi Telegramda izləyin: @repostaz