Bakıdan Moskvaya gedən mikroavtobusun Stavropolda yük maşını ilə toqquşması nəticəsində 6 nəfər öıüb, 3 nəfər xəsarət alıb.
 
Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyevin ONA-nın Rusiya bürosuna bildirib ki, hadisə saat yerli vaxtla 05:30 radələrində baş verib.
 
Hazırda hadisə yerinə araşdırma aparılır.
 
Artıq ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb. Həmin şəxslər aşağıdakılardır:
 
- 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu
 
- 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu
 
- 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu
 
- 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu
 
- 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu
 
- 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu
 
Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur.  
 
RePost.Az
 


Baxış sayı: 2915 | Tarix: 06.03.2019
Bizi Telegramda izləyin: @repostaz