Bakının Binəqədi rayonunda yerləşən "Çeşməli" restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib.
 
RePost.Az virtualaz-a istinadən xəbər verir ki, nəticədə, iki nəfər xəsarət alıb.
 
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib.
 
Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş - 44 yaşlı Vəli Nəbiyev isə kəllə-beyin travması alıb.
 
Yaralıların həyatı üçün təhlükə yoxdur.
 
RePost.Az

Baxış sayı: 3877