İmişli rayonunda gecə saatlarında qonşunun evinə daxil olan şəxs barəsində cinayət işi açılıb.
 
Rayonun Bəhramtəpə qəsəbəsində gecə saat 2 radələrində qonşunun evinə daxil olan və ev sahibinin 15 yaşlı qızının yataq otağına soxulan 1993-cü il təvəllüdlü Fəxri Gözəlov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci (Mənzil toxunulmazlığını pozma) maddəsi ilə iş başlanılıb.
 
Bildirilir ki, hadisə vaxtı ev sahibi, onun həyat yoldaşı və 15 yaşlı qız yuxuda olub. Öz otağında tək yatan S.B. qaranlıqda bir nəfərin otağına girdiyini görüb. Həmin şəxs əlindəki fanarı üzünə tutduqda qız otağına yad adamın daxil olduğunu başa düşüb və qışqırmağa başlayıb. Bu zaman F.Gözəlov yumruqla yeniyetmə qızın sinəsinə zərbələr endirərək qaçıb. Ev sahibinin ayağı amputasiya edildiyindən o, bayıra çıxa bilməyib. Səsə qızın anası gəlib. Ana və övladı çalışsa da, həmin şəxsi tuta bilməyiblər.
 
 
Araşdırmalar zamanı evə soxulan şəxsin F.Gözəlov olması üzə çıxıb. O, saxlanılıb və barəsində polisin nəzarətində olmaqla bağlı qətimkan tədbiri seçilib. Gənc oğlanın qonşunun qızının otağına daxil olarkən sərxoş vəziyyətdə olması da müəyyənləşdirilib. O, qızın otağına hansı məqsədlə daxil olduğunu izah etməkdə çətinlik çəkib.
 
Araşdırmalar davam etdirilir./Publika.az/
 
RePost.Az

Baxış sayı: 2136 | Tarix: 04.04.2019
Bizi Telegramda izləyin: @repostaz