Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru İldırım Alıyev vəzifəsindən azad edilib.
 
RePost.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Onun yerinə hələlik təyinat olmayıb.
 
Qeyd edək ki, bir müddət əvvəl Zəngilan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi təyin edilib.
 
RePost.Az

Baxış sayı: 3086 | Tarix: 09.04.2019
Bizi Telegramda izləyin: @repostaz