Aprelin 4-də Bakının 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı müzakirələr zamanı yeni faktlar ortaya çıxıb.
 
RePost.Az BAKU.WS-'a istinadən xəbər verir ki, ötən gün "Xəzər" tv-də yayımlanan "Səni Axtarıram" verilişində Elina Hacıyevanın atası Ədalət Hacıyev qızına göstərilən münasibətlərdən danışıb.
 
Müzakirə zamanı ata qızının özünü pəncərədən atdıqdan sonra direktor otağına aparılmasından və orada sorğu-sual olunmasından danışarkən, bildirib ki, orada olanlardan biri Elinanın ölümünü arzulayan insanlar olduğunu deyib.
 
“Elina direktor otağında sorğu-sual olunarkən kimsə “İnşallah sağ qalmaz”, deyir”, - deyə ata bildirib.
 
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı da bu fikirləri səsləndirən şəxsin kim olduğunun araşdırılmalı olduğunu bildirib. 
 
“Videoda “İnşallah sağ qalmaz” deyən səs kimə məxsusdur?”, - deyə soruşub.
 
Verilişdə olan mütəxəssislər isə bu səsin sahibinin ekspertiza ilə müəyyən edilməsinin mümkünlüyünü bildiriblər.
 
RePost.Az


Baxış sayı: 2155 | Tarix: 12.04.2019
Bizi Telegramda izləyin: @repostaz