162 saylı məktəbdə təhsil almış 8-ci sinif şagirdi Jalə İmanova (hazırda başqa məktəbdə təhsilini davam etdirir) riyaziyyat fənnindən hazırlığa getmədiyinə görə müəlliməsi tərəfindən incidilib. 
 
RePost.Az News24.az-a istinadən xəbər verir ki, bunu bu gün 162 saylı məktəbin qarşısında özünü həmin mətkəbin 3-cü mərtəbəsindən ataraq, intihar edən Elina Hacıyevanın anım mərasiminə gələn valideyn İmanova Nuridə deyib. 
 
Onun sözlərinə görə, informatika–riyaziyyat  müəlliməsi Gülyanaq Dadaşova Nuridə xanımın 8-ci sinifdə oxuyan qızı Jaləyə nalayiq sözlər deyib: “Mənə dedi ki, sənin uşağına pozğun adı qoyaram, öz başına çıxar gedər. Uşağımı incitmə səbəbi isə o idi ki, dərsdən əlavə ödənişlə hazırlığa getməsini tələb edirdi. Hazırlığa getmədiyinə görə qiymətlərini aşağı salırdı, incidirdi, uşaq bəzən dərsə gecikəndə “2” qiyməti yazırdı. Qızımı uşaqların içində təhqir edirdi. O səbəbdən fevral ayından uşağımı bu məktəbdən çıxarmağa məcbur oldum. İndi sinif yoldaşlarını necə öyrədibsə, onlar qorxularından onun haqqında bir söz demirlər". 
 
Qeyd edək ki, adıçəkilən müəllimə ilə əlaqə saxlamağa cəhd etsək də, məktəbin mühafizəçisi içəri daxil olmağa imkan vermədi. Qarşı tərəfin fikrini verməyə hazırıq.
 
RePost.Az

Baxış sayı: 236 | Tarix: 12.04.2019
Bizi Telegramda izləyin: @repostaz