Türkiyədə yayımlanan evlilik proqramında iştirak edən azərbaycanlı gəlin namizəd Naz Mila keçmiş nişanlısı Baha Selenbaşın hücumuna məruz qalıb.

RePost.Az Baku.ws-ə istinadən xəbər verir ki, azərbaycanlı model Əli Əkbərlə eşq yaşayan Naz keçmiş nişanlısının qəzəbinə tuş gəlib. Star telekanalında yayımlanan "Zuhal Topalla izdivac" evlilik proqramında yeni sevgilisi Əli Əkbərlə birlikdə rəqs edən Nazı qısqanan Baha efir bitdikdən sonra taksiyə əyləşmək istəyən qıza hücum edib. Təhlükəsizlik əməkdaşları məsələyə müdaxilə edincə dava daha da böyüyüb.
 
Bir müddət sonra digər bəy namizədlər də davaya müdaxilə edib. 30-40 nəfərlik insident polis bölməsində yekunlaşıb. 
 
Bahanın dava zamanı yaralandığı bildirilir.
 

Baxış sayı: 2421 | Tarix: 17.01.2017
Bizi Telegramda izləyin: @repostaz