Bakıda 45 yaşlı Məhərrəmov Vüqar Sübhi oğlu yüksək dozada narkotik vasitə zəhərlənməsindən vəfat edib.
 
Bu barədə Oxu.Az-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
 
Məhərrəmovun cansız bədəni aprelin 18-də Nərimanov rayonunda, İbrahimpaşa Dadaşov küçəsi yaxınlığında yerləşən yeni tikilinin mənzillərindən birinin hamam otağında aşkarlanıb.
 
Kriminalistlər meyitin yanında istifadə olunmuş iynə aşkarlayıb. Bununla əlaqədar onun yüksək dozada narkotik vasitədən zəhərlənməsi versiyası irəli sürülüb.
 
Hazırda dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspert müayinəsi aparılır.
 
Qeyd edək ki, Məhərrəmov bundan əvvəl güc strukturlarında çalışıb və səhhəti ilə əlaqədar vəzifədən kənarlaşdırılıb.
 
RePost.Az

Baxış sayı: 2212 | Tarix: 19.04.2019
Bizi Telegramda izləyin: @repostaz