Bakıdakı məşhur mağazalardan birində erməni mahnısının səsləndirilməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. 
 
Məlumatlara görə, hadisə Bakının Yasamal rayonunda metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Bonita” geyim mağazasında baş verib.
 
Videonu çəkən jurnalist Könül Aypara mağaza işçilərinə irad bildirsə də, onlar buna məhəl qoymayıb. Əksinə, “onsuz da kefimiz yoxdur, siz də qanımızı qaraldırsınız” deyərək, xanım jurnalisti borclu çıxarmağa çalışıblar. 
 
Səsləndirilən “Mi Gna“ mahnısının sözləri Artak Aramyana, ifası isə erməni reper Super Sakoya məxsusdur və “remix” versiyasıdır.
 
Mağazadan erməni dilində musiqi səsləndiyini etraf ediblər. Bildiriblər ki, anlaşılmazlıq olub. erməni dilini bilmədiklərindən mahnının fərqinə varmayıblar.
 
RePost.Az


Baxış sayı: 2212 | Tarix: 25.04.2019
Bizi Telegramda izləyin: @repostaz