Ötən il Tiflisidə qətlə yetirilən kriminal avtoritet Elçin Məmmədovun (Əmircanski) həyat yoldaşı məhkəməyə müraciət edib.  Əmircanski  “Lotu Quli” kimi tanınan Nadir Səlifovun “sağ əli” hesab olunurdu. 
 
Lent.az-ın məlumatına görə, mərhum kriminal avtoritetin həyat yoldaşı Ülkər Rzayeva iddia ərizəsində qeyd edib ki, əri dünyasını dəyişdikdən sonra qaynanası Qəribə Məmmədova ilə münasibətləri pisləşib. Onun sözlərinə görə, bu səbəbdən 4  azyaşlı övladı ilə birgə qaynanasıyla yaşadıqları Əmircan qəsəbəsindəki evlərindən çıxmalı olub. Lakin Qəribə Məmmədova ona məxsus ümumilikdə 77500 manat  dəyərində olan qızılları, sənədləri və digər əşyaları götürməyə qoymayıb.
 
İddiaçı ərizəsində həmçinin 4 azyaşlı uşaqla birlikdə yaşamaq üçün  mənzillərinin olmadığını və Bakı şəhərində kirayə qaldıqlarını qeyd edib.
 
Ülkər Rzayeva keçmiş qaynanası Qəribə Məmmədovanı məhkəməyə verərək, özünün və 4 azyaşlı övladının Əmircan qəsəbəsində yerləşən mənzildə istifadə hüquqlarının tanınması, ona məxsus 77500 manatlıq qızıl-zinət əşyalarının, özünə və övladlarına sənədlərinin, həmçinin geyim əşyalarının qaytarılmasını tələb edir. 
 
İddia ərizəsi Suraxanı rayon Məhkəməsinə təqdim olunaraq baxışa götürülüb.  Hakim Səlimə Miriyevanın icraatında olan işin hazırlıq iclası keçirilib.  
 
Məhkəmə prosesi mayın 6-da davam edəcək. 
 
Qeyd edək ki, Elçin Əmircanski 2016-cı ildə Tiflisidə restorandan çıxarkən avtomobildə güllələnib. 
 
O, “Lotu Quli” ən  yaxın adamlarından olub.
 
RePost.Az

Baxış sayı: 2060 | Tarix: 29.04.2019
Bizi Telegramda izləyin: @repostaz