Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq Körpü" gömrük postu hələ də bağlıdır.

Bu barədə sərhəddə olan vətəndaşlarımız məlumat verib. Onların sözlərinə görə, artıq 5 saata yaxındır sərhəd keçid məntəqəsi iki tərəfli olaraq bağlanıb. Səhərə qədər də açılacağı ehtimal edilmir. Sərhəddə gözləyən insanların və avtomobillərin sayı isə çoxalır. Artıq sərhədi keçmək üçün gözləyən avtomobillərin yaratdığı tıxacın uzunluğu 1 km-dən çoxdur.

 

***

 

Azərbaycan- Gürcüstan sərhədində problem yaranıb.


RePost.Az-ın məlumatına görə, "Sınıq Körpü" sərhəd keçid məntəqəsi bağlanıb. Təxminən 4 saata yaxındır məntəqənin fəaliyyəti dayanıb. Yüzlərlə şəxs Gürcüstandan Azərbaycana keçə bilmir. Buraxılış məntəsində böyük tıxac yaranlıb.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən RePost.Az-a verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib.

RePost.Az


Baxış sayı: 14371