Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq Körpü" gömrük postunda hazırda vəziyyət normaldır.
 
Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov RePost.Az-ın sorğusuna cavab olaraq bildirib.
 
Onun sözlərinə görə, ötən gün yaranmış problemlər dünən axşam saat 23:30-da həll olunub.
 
“Dünən axşamdan başlayaraq, gömrük normal iş qrafikinə keçib”, - deyə Natiq Axundov bildirib.
 
Qurum rəsmisi vurğulayıb ki, dünən "Sınıq Körpü" gömrük postunda yaranmış gərginlik Gürcüstan tərəfindən qaynaqlanıb.
 
“Gürcüstan tərəfində problmelər yaranıb. Bildirdiklərinə görə, Gürcüstan tərəfində keçid məntəqəsində sistemdə ümumi problemlər yaranıbmış. Bu səbəbdən də, gərgin vəziyyət yaranıb”.
 
Qeyd edək ki, dünən Azərbaycanın Gürcüstanla sərhədində yerləşən "Sınıq Körpü" sərhəd keçid məntəqəsində problem yaranıb. Yüzlərlə şəxs Gürcüstandan Azərbaycana keçə bilməyib.
 
RePost.Az

Baxış sayı: 4682 | Tarix: 03.05.2019
Bizi Telegramda izləyin: @repostaz