İsrailin paytaxtı Tel-Əvivdə keçirilən "Avroviziya-2019" mahnı müsabiqəsində Azərbaycanın dövlət bayrağı ilə bağlı yanlışlıq aradan qaldırılıb. 

Bu barədə RePost.Az-a mahnı müsabiqəsində Azərbaycan üzrə şərhçi Murad Arif məlumat verib. 

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin və İTV-nin müdaxiləsindən sonra ötən gün keçirilən mətbuat konfransı zamanı tərs vurulan Azərbaycan bayrağı götürülüb. Onun yerinə isə bayrağın düzgün forması vurulub.

RePost.Az


Baxış sayı: 1618