2 il öncə satdığı avtomobilin cərimələri onun adına gəlir. Maraqlı hadisə Yevlax rayonun Ərəş kənd sakini Rüfət Bəşirovun başına gəlib.

O, 1983 il istehsalı olan avtobilini Bərdə rayon sakininə sataraq 1 il müddətinə etibarnamə verib. Həmin şəxs isə avtomobili 3-cü bir şəxsə satıb. Hazırda isə Rüfət Məmmədovun adına 26 illik verilən etibarnamənin müddəti davam etdiyindən cərimələr Yevlax sakinin ünvanına gəlir.

İndi isə Rüfət Bəşirov adında olan etibarnaməni ləğv etdirmək istəyir. O avtomobilin əsl sahibi ilə əlaqə saxlamağa çalışıb. Ancaq məlum olub ki, həmin şəxs ötən il dünyasını dəyişib. Aidiyyatı qrumlara müraciət etsədə ona bu etibarnamənin ləğv edilməyəcəyi bildirilib.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, vətəndaş 37 illik etibarnaməni ləğv etdirə bilər. Əgər həmin şəxs etibarnaməni ləğv etdirmək istəyirsə, o mütləq avtomobilin əsl sahibinin ölümü barədə kağızı natariusa təqdim etməlidir. Bu zaman həmin etibarnamə ləğv ediləcək. Bununla da həmin avtomovil ilə yol hərəkəti qaydalarının pozulmasına görə, yazılan protokollar onun ünvanına gəlməyəcək.

 


Baxış sayı: 2706 | Tarix: 17.01.2017
Bizi Telegramda izləyin: @repostaz