Müğənni Dilarə Kazımova “Nikotinə yox” adlı fotosessiyaya imza atıb.
 
Fotoqraf Xalid Zeynallının obyektivi qarşısına keçən ifaçı hər kəsi nikotindən uzaq durmağa səsləyib.
 
Sənətçi fotolarının ağ və qara rənglərdən ibarət olmasına isə belə aydınlıq gətirib:
 
“Dünyada görə biləcəyimiz, yaşayacağımız o qədər gözəl rənglər var ki... Siqaret kimi zərərli vərdişlər bütün rəngləri soldurur. Həyatınızı rəngsiz hala gətirməyin. Özünüzü və sağlamlığınızı qoruyun. Dünyanız qara və bozdan yox, əlvan rənglərdən ibarət olsun”.
 
Amma xanım sənətçinin fotosessiya zamanı siqaret çəkməsi izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyiciləri onu qeyri-səmimilikdə suçlayıb.
 

Baxış sayı: 673 | Tarix: 27.05.2019
Bizi Telegramda izləyin: @repostaz