Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aram Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməyə çağırıb.
 
Bu barədə “Nezavisimaya qazeta” məlumat yayıb.
 
Nəşrin yazdığına görə, patriarxın Livanın Antilyas kilsəsində verdiyi moizənin mətni Kilikiya patriarxının “Facebook” səhifəsində dərc olunub. Kilikiya katolikosu “Qarabağ məsələsində istənilən güzəştin Ermənistanın müstəqilliyi baxımından yolverilməz” olduğunu bildirib.
 
“Bütöv və birləşmiş Ermənistan ideyasının gerçəkəşdirilməsi Qarabağın Ermənistana birləşdirilməsi ilə başlayacaq”, - deyə katolikos söyləyib.

Baxış sayı: 3086 | Tarix: 27.05.2019
Bizi Telegramda izləyin: @repostaz