İstanbulda yeni il gecəsi  “Reina” klubunu qana bulayan terroçu  Abdülqadir Maşaripovun tutulduqdan sonra ilk ifadəsi ortaya çıxıb.

RePost.Az Türkiyə mediasına istinadən bidlirir ki, terrorçunun əsl hədəfi Taksim meydanı olub.

Taksimdə təhlükəsizlik tədbirlərinin güclü olduğunu görən terrorçu, bu barədə ona təlimat verənlərə məlumat verib:

“Təlimatı verən şəxslər  ərazidə yeni hədəfin axtarılmasını istədilər. Sahildə taksi ilə gəzdim. "Reina" uyğun görünürdü. Təhlükəsizlik tədbirlərinin olduğu gözə dəymirdi. Rakkadakı adama məlumat verdim, o da qəbul etdi. Sonra taksilə qaldığım evə gəlib sialhı götürərək “Reina”ya yollandım və terroru həyata keçirdim”.

Terrorçu Əfqanıstanda “Əl-Qaidə” düşərgələrində silahlı təlim aldıqdan sonra  İŞİD-ə keçdiyini bildirib.. Ötən ilin yanvar ayında isə Suriyadakı müharibəyə qatılması üçün təlimat alıb. Bundan sonra İrana, oradan da Türkiyəyə gələrək Konyada yerləşib. Konyada olduğu vaxt isə Rakkadan terror aktının təşkil edilməsi barədə təlimat alıb.


Baxış sayı: 3124 | Tarix: 18.01.2017
Bizi Telegramda izləyin: @repostaz