Bakıda bir müddət əvvəl avtomobil ilə vurulan süpürgəçi qadının vurulma anının videosu yayılıb.
 
RePost.Az “avtosfer.az”a istinadən xəbər verir ki, baş verən qəza zamanı küçə süpürən qadın əlindəki arabasını sürərək altı zolaqlı yolu keçməyə çalışır.
 
Bu zaman yolda hərəkətdə olan avtomobil tərəfindən vurulur. Qadın yerindəcə dünyasını dəyişir. Küçə süpürən qadını vuran da elə xanım sürücü olur.
 
Avtomobildən düşən xanım sürücü qadının öldüyünü görərək dəhşətə gəlir və şok vəziyyətinə düşür.
 
Qeyd edək ki, vurulan piyadaavtomobillərin intensiv hərəkətdə oduğu yerdən qaça-qaça yolu keçmək istəyir və qəfildən maşının qarşısına çıxır. İdarəetməni itirən sürücü ona çırpılır.
 
Görüntüləri təqdim edirik: 
 

Baxış sayı: 2428