Müğənni Rəqsanə İsmayılovanın qızı Aysuna görə adam döydürüb. 
 
RePost.Az-a BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Aysun özü prodüser Tolik kimi tanıdığımız Tarix Əliyevin “Tolik ilə səmimi” layihəsində danışıb. 
 
“Ailəmizin içi olan üç nəfər mənə qarşı səhv etmişdi. Anam üçünü də döydürdü. Düz edib döydürüb. İndiyədək heç birini danışdırmırıq".
 
Aysun illər əvvəl prodüser Təranə Səmədovanın onun adına odnoklasniki”də səhifə açıq, pis məqsədlə anasının və nənəsinin nömrəsini yaydığını söyləyib:
 
"14 yaşımda “odnoklasniki”də adıma səhifə açılmışdı və anamla nənəmin nömrəsi qoyulmuşdu. Bir qız uşağına qarşı biabırçı addım atmışdılar. Anam şirkətin Rusiyadakı baş ofisinə getdi. Sistemdə Təranə Səmədovanın şəkli çıxdı. Ölmüş bir adamın şəxsiyyət vəsiqəsilə mənim adıma profil açmışdılar”. 
 
21 yaşlı gənc ifaçı 2 dəfə nişanlı olduğunu açıqlayıb.
 
Aysun avtomobili olmadığını deyib: "Həyətimizdə iki maşın var, biri anamın, biri də xalam oğlunun. Amma mənim maşınım yoxdur".
 


Baxış sayı: 1438