Bakının Nizami rayonunda avtobus qəzaya uğrayıb.
RePost.Az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, hadisə “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında, “Ramal” Ticarət mərkəzinin qarşısında baş verib.
Belə ki, 40 saylı sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.
RePost.Az