Yevlax sakini özünü güllələyib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, yanvarın 18-də Yevlax rayonunun Aşağı Qarxun kəndində kənd sakini Habil Əbdürrəhimov ov edərkən tüfənglə ehtiyatsız davranıb, bu zaman açılan atəşdən xəsarət alaraq ölüb. 

 

Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.


Baxış sayı: 2307 | Tarix: 19.01.2017
Bizi Telegramda izləyin: @repostaz