Türkiyənin İstanbul şəhərində yerləşən "Reina" gecə klubunda baş verən terror hadisəsinin yeni görüntüləri yayılıb.
 
RePost.Az baku.ws-ə istinadən xəbər verir ki, Türkiyənin Kanal D kanalının xəbərlər buraxılışında yayımlanan görüntülərdə yerə uzanan bir vətəndaşın terrorçuya təpik atması və elə bu zaman qatilin əlindəki "flashbang"ı partlatması kadrları yer alıb.
 
Bir neçə saniyə yerdə qalan terrorçu ayağa qalxaraq hadisə yerindən uzaqlaşmaq üçün çölə çıxır və polislərə yaralı olduğunu deyərək klubdan uzaqlaşır.
 
Xatrıladaq ki, dekabrın 31-də Yeni il gecəsi İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda terror hadisəsi baş verib. AK-47 avtomatı və Əl qumbarası ilə törədilən terror aktı nəticəsində 39 nəfər həlak olub, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Terror aktını törədən 1983 təvəllüdlü Abdülqədir Maşaripov yanvarın 17-də həbs edilib.
 
RePost.Az
 


Baxış sayı: 2478 | Tarix: 19.01.2017
Bizi Telegramda izləyin: @repostaz