Son zamanlar baş verən iqtisadi böhran şou-biznesdən də yan ötməyib. Sənət aləminin tanınmış simalarının bəziləri bir vaxtlar qurduqları biznesini dayandırıb, bəziləri isə evini satıb.
 
RePost.Az axşam.az-a istinadən müflis olan tanınmışların siyahısını təqdim edir.
 
Meyxanaçı Namiq Qaraçuxurlu devalvasiyadan sonra ayaqqabı mağazasını bağlayıb. İfaçı bildirib ki, xaricdən ayaqqabı gətirmək və onu burada satmaq baha başa gəlir.
 
Əməkdar artist Ədalət Şükürov bir neçə il əvvəl turizm şirkəti və mağazası olduğunu demişdi. İndi isə müğənni bu biznesini bağladığını bildirib.
 
Xalq artisti Aygün Kazımova dünya ulduzu Snup Dokla klip çəkdirdikdən sonra müflis olub. Müğənni bu layihəyə görə maşınını, evini satdığını, bankdan kredit götürdüyünü söyləyib.
 
Müğənni İlahə Fəda da açıqlamalarının birində biznesinin bağlandığını söyləmişdi.
 
Müğənni Nadir Qafarzadə isə maddi imkansızlıq ucbatından bağ evini satıb. O, xaricdə oxuyan oğullarının təhsil haqqını ödəmək üçün buna ehtiyacı olduğunu demişdi.
 
Müğənni Emil Bədəlov bir müddət əvvəl açdığı çay evini bağlamışdı. Hazırda Emilin turizm şirkəti var.
 
Müğənni Zamiq Hüseynovun geyim mağazası bağlanıb. İfaçı hazırda online geyim satışı ilə məşğuldur.
 
Müğənni Rəqsanə İsmayılovanın açdığı gözəllik salonu da hazırda fəaliyyətini dayandırıb. İfaçı moda evi və restoran açdığını desə də, planı yarımçıq qalıb.
 
RePost.Az 

Baxış sayı: 2554 | Tarix: 19.01.2017
Bizi Telegramda izləyin: @repostaz