Ötən gün Bakıda dəhşətli cinayət baş verib.
 
RePost.Az xəbər verir ki, hadisə dünən saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin birində baş verib.
 
Belə ki, 1962-ci il təvəllüdlü Füzuli rayonunda anadan olmuş, orta təhsilli, əvvəllər məhkumluq həyatı yaşamış Firdovsi Əkbər oğlu Məhərrəmov gəlini 1989-cu il təvəllüdlü, 4 uşaq anası Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayıb.
 
Kişi gəlininin başına balta ilə bir neçə zərbə endirib. Qadın yerindəcə keçinib.
 
Məlumat daxil olan kimi Xəzər rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
 
Hadisə yerindən üzərində qan ləkələri olan balta tapılıb.
 
Firdovsi Əkbər oğlu Məhərrəmov cinayəti törətdikdən sonra könüllü olaraq Xəzər rayon Polis İdarəsinə təslim olub. 
 
Qeyd edək ki, gəlini öldürən Firdovsi Məhərrəmov daha əvvəl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149-cu maddəsilə (zorlama) məhkum olunub.
 
Hadisə ilə bağlı qətlə yetirilən Cəmilə Fərhad qızı Məhərrəmovanı dayısı qızı T.H. BAKU.WS-ə bildirib ki, o, təzəliklə həbsxanadan çıxıbmış.
 
Hadisəyə gəlincə, qadın bildirib ki, qaynata gəlinini azyaşlı uşaqların gözü qarşısında öldürüb:
 
“Torpaq üstündə mübahisələri olub. Əvvəllər bu mövzuda məhkəmələri də olub. Torpaqları da bölünüb, tərəflər narazı qalıblar.
 
Evdə heç kim olmayanda uşaqların gözü qarşısında vurub. Qadının arxa tərəfdən başına 12 balta zərbəsi vurub.
 
Qayınata evdə heç kim olmayanda uşaqlara dondurma alıb, sonra qapını bağlayıb, uşaqları evdə qoyub. Gəlinin dalınca gedib, başından vurub. Evdə olan 1, 3 və 6 yaşlı uşaqlar pəncərədən baxıblar”.
 

Baxış sayı: 2364 | Tarix: 24.09.2019
Bizi Telegramda izləyin: @repostaz