İranın dini liderinin dayısı, ilahiyyatçı Seyid Hüseyn Mirdamadi Xamneyiyə açıq məktub yazıb.

RePost.Az İran mətbuatına istinadən bildirir ki, o, məktubunda bacısı oğlunun ölkədə yürütdüyü siyasəti tənqid edir və bunun islam cumhuriyyətinin məhvi ilə nəticələnəcəyini bildirir.

Xamneyinin Haşimi Rəfsəncaninin bir başa dəstəyi ilə hakimiyətə gətirldiyini xatırladan Seyid Hüseyn sonradan bacısı oğlunun ona dönük çıxdığını vurğulayır. Məktubda həmçinin müxalif fikirli insanlara qarşı repressiyaları pislənilir.

“Seyid Əli ağa, nə qədər ki gec deyil, nə qədər ki, sizin dövrünüz başa çatmayıb və nə qədər ki ölkə dağılmayıb siyasətinizə yenidən baxın və bu günə qədər qədər yol verdiyiniz səhvlərinizi düzəltməyə çalışın. Zorakılığı, kin-küdurəti, nifrəti, məzlum insanları öldürməyi və inhisarçılığı bir kənara qoyun, həbsdə saxlanılan bütün siyasi və əqidə məhbuslarının, jurnalistlərin, hüquq müdafiəçilərinin, azyaşlı uşaqğı olan günahsız qadınların dərhal azadlığa buraxılmasına göstəriş verin. Mirhüseyn Musəvinin, xanımı Zəhra Rəhnəvərdin və Mehdi Kərrubinin ev dustaqlığından azadlığa buraxılmasına şərait yaradın və bu kimi ədalətsizliklərə son qoyun”.


Baxış sayı: 2972 | Tarix: 20.01.2017
Bizi Telegramda izləyin: @repostaz