Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

RePost.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyan bildirib.

Onun sözlərinə görə, İlham Əliyev və Paşinyan nahar vaxtı söhbət edib. Əsasən Qarabağ münaqişəsinin həlli ilə bağlı aktual məsələlər müzakirə ediblər.

 


Baxış sayı: 2706 | Tarix: 11.10.2019
Bizi Telegramda izləyin: @repostaz