Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-da keçirmək istədiyi mitinqlə bağlı müraciətinə cavab verib.

RePost.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb.

Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin mitinqin təşkilatçısı AXCP sədri Əli Kərimli qanunları pozaraq Lökbatanda aksiya keçirməyəcəklərini bəyan edərək tərəfdarlarını məlum tarixdə 28 may metro stansiyasının qarşısına iğtişaş törətməyə dəvət edib.


Baxış sayı: 2535 | Tarix: 16.10.2019
Bizi Telegramda izləyin: @repostaz