Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun həmsdərlərini qəbul edib.
 
RePost.Az xəbər verir ki, görüşdə Fransadan olan həmsədr Stefan Viskontin, Rusiyadan olan həmsədr İqor Popov, ABŞ-dan olan həmsədr Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.
 
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Baxış sayı: 3333 | Tarix: 17.10.2019
Bizi Telegramda izləyin: @repostaz