Qış mövsümünə keçidlə əlaqədar noyabrın 12-dən Bakı-Gəncə-Bakı sürət elektrik qatarının hərəkət cədvəli dəyişdiriləcək. 
 
RePost.Az xəbər verir ki, bu barədə  "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. 
 
Məlumata görə,  gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib.
 
702/701 nömrəli qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.

Baxış sayı: 403