Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar başlanıb.
 
Donald Tramp və həyat yoldaşı Melaniya Tramp Ağ Evə gəlib. Burada onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.
 
Prezidentliyinin sonuncu günü Obama "Tvitter" hesabında "Sizlərin xidmətinizdə olmaq şərəfli işdir, sizlər mənə daha yaxşı lider və daha yaxşı insan olmaq imkanı verdiniz. Hər zaman bir vətəndaş olaraq yanınızda olacağam", deyə bildirib.
 
Qarşılanma mərasimində B.Obama D. Trampa "Sizi görmək çox xoşdur" deyə müraciət edib, təbriklərini çatdırıb.
 
Qeyd edək ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçirilir. RePost.Az andiçmə mərasimindən canlı yayımı təqdim edir: 
 

Baxış sayı: 3504 | Tarix: 20.01.2017
Bizi Telegramda izləyin: @repostaz