Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqı təbrik edib.

RePost.Az xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir:

“Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”


Baxış sayı: 2364 | Tarix: 12.11.2019
Bizi Telegramda izləyin: @repostaz