Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağış, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.


Baxış sayı: 2269 | Tarix: 21.01.2017
Bizi Telegramda izləyin: @repostaz