Ermənistanın yeni hakimiyyətinin ziddiyyətli açıqlamaları ilə Qarabağla bağlı danışıqlar prosesi dalana dirənib.
 
RePost.Az-ın məlumatına görə, bunu Ermənistanın keçmiş Milli Təhlükəsizlik naziri David Şahnazaryan deyib.
 
O bildirib ki, bu gün beynəlxalq ictimaiyyət Azərbaycanla eyni, Ermənistanla isə fərqli mövqedən çıxış edir.
 
“Bunu iki dəfə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da deyib”, - deyə D.Şahnazaryan əlavə edib.
 
Keçmiş nazir söyləyib ki, mövcud vəziyyət Ermənistan üçün təhdiddir. D.Şahnazaryan Azərbaycanın hərbi əməliyyatlar keçirəcəyindən də narahatlığını gizlətməyib.
 
“Azərbaycanın gələcək hərbi əməliyyatları əsaslandırması üçün artıq ciddi arqumentlər əldə edib. Bütün bunlar ona gətirib çıxara bilər ki, hər hansı beynəlxalq tədbirdə danışıqlar masasında bizim üçün qəbuledilməz sənəd qoyula bilər. Yaxın zamanlarda Bratislavada belə bir cəhdin reallaşdırılması mümkündür”.
 
Qeyd edək ki, bu ilin dekabrın əvvəlində Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü gözlənilir.

Baxış sayı: 3124 | Tarix: 15.11.2019
Bizi Telegramda izləyin: @repostaz