Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
 
RePost.Az Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub.
 
Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
RePost.Az

Baxış sayı: 27 | Tarix: 21.01.2017
Bizi Telegramda izləyin: @repostaz