Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub.
 
RePost.Az xəbər verir ki, səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
 
Qeyd edək ki, Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub.
 
İxtisasca hüquqşünas olan S.Əliyeva 3-cü dərəcəli Dövlət müşaviridir. O, eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
 
S.Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. İki övlad anasıdır.
 
Xatırladaq ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürülmüşdü.
 
Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.

Baxış sayı: 4283 | Tarix: 29.11.2019
Bizi Telegramda izləyin: @repostaz