Amerikanın sabiq vitse-prezidenti Co Bayden, səlahiyyətlərini təhvil verdikdən sonra adətinə sadiq qalıb.

RePost.Az xarici mediaya istinadən bildirir ki, senator olduğu dövrdə də paytaxt Vaşinqtona  müntəzəm olaraq qatarla səfər edən Bayden bu dəfə də evinə qatarla qayıdıb.

O, vəzifəsini icra etdiyi müddətdə 8 min dəfə qatarla səyahətə çıxıb.

Qeyd edək ki, Bayden səfərlərinin əksəriyyətini qatarla etdiyi üçün 2011-ci ildə Amerika dəmir yolları şirkəti bir stansiyaya onun adını vermişdir.
 


Baxış sayı: 2383 | Tarix: 21.01.2017
Bizi Telegramda izləyin: @repostaz