Xəbər verildiyi kimi işğal edilmiş Dağlıq Qarabağda ordumuz ilə erməni silahlı bölmələri arasında şiddətli döyüşlər gedir.

RePost.Az xəbər verir ki, ermənilərin itki verdiyi bildirilən döyüşlərlə bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

MN-nin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, Ermənistan ordusu heç bir itki verməyib, hospitallara da yaralı əsgərlər yerləşdirilməyib.

Xatırlatmaq yerinə düşər ki, Ermənistan MN bu ilin aprel ayında baş verən Dördgünlük müharibə zamanı 20-yə yaxın əsgərin öldüyünü açıqlasa da sonradan məlum olmuşdu ki, həmin müharibə zamanı düşmən 300-dən çox hərbçisini itirib. Bunu Ermənistanın müxtəlif kütləvi informaiya vasitələri yaymışdı.

Bir qədər əvvəl yayılan məlumata görə, erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər gedir. Erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

RePost.Az


Baxış sayı: 331 | Tarix: 01.12.2016
Bizi Telegramda izləyin: @repostaz