Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.
 
RePost.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Tural Məşədiyev təyin edilib.
 
Nazirin digər əmrinə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Azər Məmmədov, polis mayoru Fəxrin Bektaşi isə Sabunçu RPİ-nin 15-ci Ppolis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Baxış sayı: 2839 | Tarix: 20.12.2019
Bizi Telegramda izləyin: @repostaz