Bu gün prezident İlham Əliyevin 58 yaşı tamam olur.

RePost.Az xəbər verir ki, prezident hər il olduğu kimi, bu il də doğum gününü sadə şəkildə ailə üzvləri arasında qeyd edib.
İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məclisdə çəkilən fotoları sosial mediada paylaşıb.

"Əziz dostlar, təbriklərinizə, səmimi sözlərinizə və arzularınıza görə təşəkkür edirəm!!! Prezidentimizə və bütün Azərbaycan xalqına Allahdan cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm! Qoy Azərbaycanda hər zaman günəş saçsın, əminamanlıq, xeyirxahlıq və sevgi hökm sürsün!!! Allah hamınızı qorusun!", - Leyla Əliyeva qeyd edib.


Baxış sayı: 3675 | Tarix: 24.12.2019
Bizi Telegramda izləyin: @repostaz