Daxili işlər orqanlarında yeni təyinat olub.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, polis mayoru Səbuhi Rüstəmov Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Quba regional şöbəsinə rəis təyin olunub.
 
S. Rüstəmov buna qədər Qusar rayon Polis Şöbəsi Şahdağ polis bölməsinin rəisi işləyib.

Baxış sayı: 2763 | Tarix: 27.12.2019
Bizi Telegramda izləyin: @repostaz