Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb.
 
 Təhsil Nazirliyi APA-nın sorğusuna cavab olaraq açıqlayıb ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.
 
Qeyd edək ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
 
- 5 gün payız tətili (16-20 noyabr);
 
- 5 gün qış tətili (27-31 yanvar).
 
- İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.
 
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Baxış sayı: 610