Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı təcili iclasda 33 saylı xətai birinci seçki dairəsi ilə bağlı şikayətlərə də baxıb.
 
RePost.Az xəbər verir ki, şikayətlərlə bağlı aparılan müzakirələr nəticəsində həmin dairənin nəticələri ləğv olunub.
 
Qeyd edək ki, həmin dairə üzrə Hüseynbala Mirələmov 47.1 faiz səs toplayaraq lider namizəd idi.
İclasda bundan öncə Çingiz Qənizadə, Rauf Arifoğlu və Hadı Rəcəblinin qalib gəldiyi dairələr üzrə nəticələr ləğv edilib.

Baxış sayı: 448