Moskva Dairə Arbitraj Məhkəməsi iş adamı Telman İsmayılovun müflis elan edilməsi ilə bağlı qərardan şikayətinə baxmaqdan imtina edib.
 
RePost.Az xəbər verir ki, buna azərbaycanlı milyarderin aşağı instansiya məhkəmənin qərarından şikayəti gecikdirməsi səbəb olub. Məhkəməsinin bildirdiyinə görə, İsmayılov şikayət ərizəsini noyabr ayının 24-nə kimi təqdim etməli idi. Sənədlər isə məhkəməyə yaknız dekabrın 28-də daxil olub. İş adamının gecikməni izah etmək üçün göstərdiyi səbəbləri məhkəmə üzrlü hesab etməyib. 
 
Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu “VTB Bank”ın iddia ərizəsi əsasında verilib.
 
RePost.Az

Baxış sayı: 2630 | Tarix: 24.01.2017
Bizi Telegramda izləyin: @repostaz