Qananın “Add Pharma” tibb firması “Adutwumwaa Bitters” adlı dərmanla koronavirusun müalicəsini tapdığını iddia edib.

RePost.Az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
“Tibb şirkəti olaraq bizim vəzifəmiz istənilən xəstəliyə qarşı çarə tapmaqdır. COVID-19 yayılır və biz heç bir şey etmədən oturaraq bunun qarşısını ala bilmərik.

Biz də “Adutwumwaa Bitters”i koronavirusa çarə olacağına çox inanaraq hazırladıq”, - deyə şirkətin açıqlamasında bildirilib.


Baxış sayı: 2117 | Tarix: 10.03.2020
Bizi Telegramda izləyin: @repostaz