İqtisadiyyat Nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

RePost.Az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.


Baxış sayı: 2136 | Tarix: 12.03.2020
Bizi Telegramda izləyin: @repostaz