Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.
 
Nazirlər Kabinetinin yanında operativ qərargahdan RePost.Az-a verilən məlumatda bildirilir ki, bu günə olan məlumata əsasən, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.
 
Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.
 
Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Baxış sayı: 4093 | Tarix: 14.03.2020
Bizi Telegramda izləyin: @repostaz