“Brent” markalı xam neftin qiyməti son 4 ilin ən aşağı səviyyəsinə düşüb.

RePost.Az xəbər verir ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 30,51 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 29,49 dollara satılır.

Xatırladaq ki, ötən həftənin əvvəlində “Brent”in qiyməti təxminən 30 faiz azalaraq 31 dollar/barrelə enmişdi.


Baxış sayı: 3409 | Tarix: 16.03.2020
Bizi Telegramda izləyin: @repostaz