Suriya müxalifətinin Astana danışıqlarında iştirak edən nümayəndələri barışıq üzrə təminatçı ölkələrin hazırladığı yekun kommunikeni imzalamaqdan imtina ediblər.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə nümayəndə heyətinin üzvü Yəhya əl-Aridi bildirib. O deyib ki, Rusiya, Türkiyə və ola bilsin ki, İran sadəcə olaraq öz adlarından sənəd yayacaqlar. O, eyni zamanda qeyd edib ki, müxalifət atəşkəs barədə razılaşmanın detalları üzərində iş aparır: "Biz atəşkəsə çox ciddi yanaşırıq və xırda detallara belə çox diqqət ayırırıq”.
 
TASS Suriya hökumətinin də kommunikeni imzalamayacağını bildirib.
 
Qeyd edək ki, Astanada Suriya məsələsi üzrə danışıqlar yanvarın 23-də başlayıb. Danışıqlarda Rusiya, Türkiyə, İran və BMT nümayəndələri, həmçinin Suriya müxalifətinin və hökumətinin nümayəndələri iştirak edir. 
 
RePost.Az

Baxış sayı: 2497 | Tarix: 24.01.2017
Bizi Telegramda izləyin: @repostaz